XƏBƏRLƏR

Azərbaycan enerji keçidinə hazırdır

SENTYABR 15, 2022

“Azərbaycan enerji keçidinə yaxşı hazırlaşıb. Ölkənin bu sahədə xüsusi strategiyası var və bu, heç bir gecikmə olmadan həyata keçirilir”, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda artım perspektivləri” adlı forumda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan enerji keçidi üçün zəruri olan öz enerji təhlükəsizliyinin qayğısına qala bilib.

P.Şahbazov vurğulayıb ki, bərpa olunan enerji istehsalının genişləndirilməsi ölkə iqtisadiyyatının inkişafında çox mühüm məqamdır.

Nazir əlavə edib ki, 30 ildir ki, Azərbaycan və Dünya Bankı enerji sektorunda, xüsusən də “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində sıx əməkdaşlıq edir: “Bu gün biz əməkdaşlığımızı davam etdiririk. O, azı dörd istiqamət üzrə inkişaf edir. Buraya xüsusən də külək enerjisi sahəsi, elektrik enerjisi bazarının liberallaşdırılması daxildir. Hazırda bu sahədə əməkdaşlıq xəritəsinin yaradılması istiqamətində işlər aparılır”.

https://report.az/energetika/energetika-naziri-azerbaycan-enerji-kecidine-yaxsi-hazirlasib/