XƏBƏRLƏR

Almaniya şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib

SENTYABR 19, 2022

Azərbaycan Almaniya şirkətlərinin ölkəmizə missiyasının təşkil olunması təklif edlib və onları bərpa olunan enerji sahəsində həyata keçiriləcək layihələrdə iştiraka dəvət edib.

Bu məsələ Energetika Nazirliyində Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ralf Horlemannla görüşündə müzakirə edilib.

Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının yeni istiqamətlər üzrə inkişafı perspektivlərindən bəhs edilib.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Almaniya arasında münasibətlərin daha da inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub, bu sənədin Almaniya şirkətlərinin Azərbaycanın enerji sektoruna, xüsusilə “yaşıl enerji” sahəsinə yönəlməsi üçün bir mesaj olduğu vurğulanıb. Azərbaycanın bərpa olunan enerji layihələri barədə məlumat verilib.

https://report.az/energetika/azerbaycan-almaniya-sirketlerini-berpa-olunan-enerji-layihelerinde-istiraka-devet-edib/