XƏBƏRLƏR

SOCAR Rumıniyada biznesin genişləndirilməsi üçün bütün imkanları araşdırır

SENTYABR 22, 2022

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxşı işgüzar münasibətlərə və bazar mövqelərinə malik olduğu Rumıniyada biznesini genişləndirmək üçün müxtəlif imkanları nəzərdən keçirir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Buxarestdə keçirilən 5-ci Rumıniya Beynəlxalq Təbii Qaz Konfransında deyib.

“SOCAR Rumıniyada sayı 67-ə çatan böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Üstəlik bu ölkədə şirkətin digər neft məhsulları müəssisələri də mövcuddur. SOCAR-ın yanacaqdoldurma məntəqələrinin sayını artırmaq planları var”, - o bildirib.

Moderatorun Rumıniyada emal zavodu almaq planları barədə sualını cavablandıran nazir deyib ki, Azərbaycan Dövlət Neft Şirkəti həmçinin neft-qaz biznesinin digər seqmentlərində, xüsusən də neft emalı sahəsində iştirak imkanları ilə bağlı danışıqlar aparır.

https://report.az/energetika/perviz-sahbazov-socar-ruminiyada-biznesin-genislendirilmesi-ucun-butun-imkanlari-arasdirir/