BP şirkəti Qarabağda istehsal edəcəyi "Yaşıl enerji"ni Abşerona transfer edəcək, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.
Onun sözlərinə görə, həmin enerjidən burada - şirkətin neft-qaz emalı prosesində istifadə ediləcək: "BP-nin layihələri Abşeron yarımadasındadır. Neft-qaz çıxarma üçün lazım olan elektrik enerjisi artıq neft-qazdan yox, bərpa edilən mənbələrdən alınacaq. Bunun da 2 il yarıma həyata keçirilməsi gözlənilir. İnanırıq ki, bu kimi layihələrin sayı artacaq", - deyə o, əlavə edib.
Xatırladaq ki, bu il martın 16-da Energetika Nazirliyi və BP arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
https://report.az/energetika/qarabagdan-abserona-yasil-enerji-oturulecek/