XƏBƏRLƏR

ABŞ “OPEC”+un neft hasilatını azaltmaq qərarını tənqid edib

OKTYABR 09, 2022

“OPEC+”un neft hasilatını azaltmaq qərarı qlobal iqtisadiyyat üçün faydasız və ağlabatan deyil”, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen “Financial Times” qəzetinə müsahibəsində deyib.

O, “OPEC+”un qərarını tənqid edib və bunun qlobal iqtisadiyyata pis təsir etdiyini bildirib: “Biz inkişaf etməkdə olan ölkələr və onların üzləşdiyi problemlərdən çox narahatıq”.

D.Yellen də Vaşinqtonun tərəfdaşlarını Kiyevə maliyyə yardımı göndərilməsinin gecikməsinə görə qınayıb.

“Ukraynaya pul köçürmə sürəti çox yavaşdır. Kiyevə yardım vəd edən bir sıra ölkələr ödəniş etməyib”.

https://report.az/energetika/abs-opec-un-neft-hasilatini-azaltmaq-qerarini-tenqid-edib/