Bu gün Moskvada oktyabrın 14-dək davam edəcək “Rusiya enerji həftəsi” başlayır.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirdə Rusiya Prezidenti Vladimir Putinin iştirakı gözlənilir.
Buraya 40-a yaxın biznes tədbiri, o cümlədən panel sessiyaları, beynəlxalq görüşlər, MDB Elektrik Enerjisi Şurasının 61-ci iclası, “Enerji Dialoqu Ərazisi” konfransı və BRİKS Enerji Tədqiqatları Platformasının illik iclası daxildir.
Forumun xarici iştirakçıları arasında Azərbaycan, Əlcəzair, Macarıstan, Venesuela, Vyetnam, Qazaxıstan, Mali, Myanma, Belarus, Suriya, Sierra Leone, Türkiyə və Şri-Lankadan nazirlərin, 50-yə yaxın diplomatik korpusun rəhbərinin iştirakı gözlənilir.
https://report.az/energetika/moskvada-bu-gun-rusiya-enerji-heftesi-baslayir/