XƏBƏRLƏR

Azərbaycanda binalara enerji sertifikatı verilə bilər

OKTYABR 13, 2022

"Azərbaycanda binalara enerji sertifikatının veriləcəyini gözləyirik", bunu Bakıda keçirilən və Azərbaycanda enerji səmərəliliyinə həsr olunmuş seminarda “EU4Energy” layihəsinin meneceri Bilyana Çobanova bildirib.

"Azərbaycanda istifadə edilən enerjinin 40%-i binaların payına düşür. Energetika Nazirliyi binaların enerji istehlakının azaldılması istiqamətində işlər aparır. Hazırda Avropada binalara enerji sertifikatı verilir. Tezliklə Azərbaycanda da da oxşar sertifikatların veriləcəyini gözləyirik. Binaların yaxşı izolyasiyası ümumilikdə isitmə üzrə xərcləri 61%, soyutma üzrə xərcləri isə 59% azaltmağa imkan verəcək. Bundan əlavə, evlərdə istifadə edilən elektrik enerjisi lampalarını da daha yeniləri ilə əvəz etmək lazımdır. Təxminən 16% istifadəçi bunu edib. Yeni lampalar 80-85% elektrik enerjisinə qənaət etməyə imkan verir", - deyə o, qeyd edib.

https://aceconsultants.az/admn/article.php?sectionId=2&action=add