XƏBƏRLƏR

Azərbaycan Avropaya təbii qazla yanaşı gələcəkdə “yaşıl enerji”ni də ixrac etməyi planlaşdırır.

OKTYABR 18, 2022

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Yunanıstanın ətraf mühit və energetika naziri Konstantinos Skrekasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı iki ölkə arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlərə dair müzakirələr aparılıb.

P. Şahbazov Azərbaycanda mövcud çağırışlara uyğun olaraq yaşıl enerji keçidi prosesi çərçivəsində görülən işlər barədə məlumat verib. Təbii qazın keçid dövründə əhəmiyyəti vurğulanıb və Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu ilə nəzərdə tutulan Avropaya qaz ixracı həcminin ikiqat artırılması kontekstində ölkəmizdə qaz yataqları və ehtiyatları haqqında məlumat verilib.

K. Skrekas Cənub Qaz Dəhlizinin qaz mənbələri və marşrutların diversifikasiyası baxımından Yunanıstan üçün böyük önəm daşıdığını qeyd edib.

Nazir layihənin genişlənməsinə və qaz həcmlərinin artırılmasına yüksək maraq ifadə edərək, bu sahədə bağlantı kəmərlərinin əhəmiyyətini vurğulayıb.

https://report.az/energetika/perviz-sahbazov-avropaya-tebii-qazla-yanasi-gelecekde-yasil-enerji-de-ixrac-edeceyik/