Azərbaycan Yaponiyanın "Tepsco" şirkəti ilə Ağdam şəhərində "yaşıl enerji" texnologiyaların tətbiqi üzrə təklifləri müzakirə edib, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün "Twitter" hesabında yazıb.
E.Hüseynov "Tepsco" şirkətinin nümayəndələri ilə Yaponiyada görüşüb.
Bildirilir ki, "Tepsco" Tədqiqat Mərkəzinə və Kaşiva-no-ha "ağıllı şəhəri"nə səfər edilib və görülən işlərlə tanış olunub.
Qeyd edək ki, Azərbaycanın Energetika Nazirliyi ilə "Tepsko" şirkəti arasında imzalanan müqaviləyə görə Qarabağda "yaşıl enerji" zonasının yaradılması üçün müvafiq konsepsiyanın və Baş Planın hazırlanması nəzərdə tutulur.
Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycan Respublikasının enerji sektorunun sahəvi təhlili və digərlərini qeyd etmək olar.
1960-cı ildə təsis olunmuş "Tepsco" şirkəti dünyanın 90-dan çox ölkəsində layihələr həyata keçirib və "yaşıl enerji" sahəsində beynəlxalq təcrübəyə malikdir. Şirkət tərəfindən Yaponiya, Vyetnam, Malayziya, İndoneziya, Braziliya və Tailandda “ağıllı şəhər” layihələri çərçivəsində “yaşıl həllər” təklif edilib.
https://report.az/energetika/tepsco-agdamda-yasil-enerji-texnologiyalarinin-tetbiqini-teklif-edir/