XƏBƏRLƏR

Albanian Daily News: "Azərbaycan son 30 ildə ən mühüm investora çevrilib"

OKTYABR 26, 2022

"Albanian Daily News" xəbər verir ki, Albaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, xüsusilə iqtisadi sahədə yüksək səviyyədədir.

Albaniyada Trans-Adriatik qaz kəmərinin region üçün əhəmiyyətini vurğulayırlar. Belə ki, TAP qaz kəmərinin başlanğıcını Albaniyadan götürəcək IAP layihəsi ilə davam etdiriləcəyi gözlənilir. Bu, Albaniya iqtisadiyyatına əhəmiyyətli “nəfəs” verə və gələcəkdə, xüsusən də Avropada mövcud enerji böhranı şəraitində sabitliyi təmin edə bilər.

Məlumatda vurğulanır ki, ümumiyyətlə, Azərbaycan iqtisadiyyat, diplomatiya və ticarət sahələrində özünün ən yaxşı dövrlərindən birini yaşayır: "Enerji böhranı və mövcud geosiyasi vəziyyət ölkəyə dünya ticarətində mühüm tranzit qovşağı, Avropa üçün həyati əhəmiyyətli enerji mənbəyi kimi mövqeyini möhkəmləndirməyə imkan verib. Azərbaycan energetika və ticarət sahəsində avropalılar üçün əsas həmsöhbətə çevrilib. İki tərəf arasında görüşlərin yüksək intensivliyi də bunu sübut edir".

Məqalədə Azərbaycan qazının Avropaya ixracının 30%-dən çox artdığı və bununla “Köhnə Dünya”nın alternativ təchizatçılarından birinə çevrildiyi diqqətə çatdırılır.

https://report.az/energetika/azerbaycan-albaniyanin-en-muhum-investordur/