XƏBƏRLƏR

Dünya Bankı: "Avropada təbii qazın qiyməti 2024-cü ilə qədər xeyli artacaq"

OKTYABR 27, 2022

Dünya Bankı (DB) 2024-cü ilədək Avropada təbii qazın qiymətinin əvvəlki beş ilin orta göstəricisi ilə müqayisədə dörd dəfə artacağını proqnozlaşdırır, bu barədə DB-nin bəyanatında deyilir.

Eyni zamanda bəyanatda Avstraliyada kömürün, ABŞ-da isə təbii qazın qiymətinin son beş ilin orta göstəricisi ilə müqayisədə iki dəfə artacağının proqnozlaşdırıldığı bildirilib.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qurumun Avropa bazarında qazın qiymətlərini məhdudlaşdıra biləcək mexanizm yaratmaq üçün Avropa İttifaqı (Aİ) ölkələri ilə işləməyə hazırlaşdığını bildirmişdi.

https://report.az/energetika/dunya-banki-avropada-tebii-qazin-qiymeti-2024-cu-ile-qeder-xeyli-artacaq/