Energetika nazirinin müavini Elnur Soltanov qeyd edib ki: "Əgər bu cür tədarüklər ölkədə fəaliyyət göstərən xarici şirkətlər üçün faydalı olarsa, Azərbaycan Türkiyədəki qovşağa qaz verə bilər".
Nazir müavini xatırladıb ki, Azərbaycanda qaz hasilatı ilə əsasən “Şahdəniz” beynəlxalq konsorsiumu məşğul olur: “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də həmin konsorsiumda təmsil olunur. Lakin qaz nəqli oradakı digər şirkətlər üçün iqtisadi baxımdan əsaslandırılmalıdır. Bundan pul qazanmaq mümkündürsə, onlar hazır olacaqlar”.
Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.
https://report.az/energetika/elnur-sultanov-turkiyede-yaradilacaq-qovsaga-tebii-qaz-neql-ede-bilerik/