"Dünya Bankı Azərbaycanda “yaşıl inkişaf”ın qiymətləndirilməsini aparır", bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu hesabat ölkənin "yaşıl inkişafı”nın bütün əsas aspektlərini, o cümlədən "mavi iqtisadiyyat"ı əhatə edir.
Bundan əlavə, Dünya Bankı ölkənin aşağı karbonlu iqtisadiyyata keçidi ilə bağlı hesabat hazırlayacaq.
"Azərbaycan son 30 ildə çox böyük iqtisadi uğurlar qazanıb, o cümlədən Dünya Bankının donoruna çevrilib. Azərbaycanın “yaşıl transformasiya” üzrə qlobal lider olmaq potensialına malikdir", - S.Maykl bildirib.
Onun sözlərinə görə, Azərbaycanın 5 strateji prioriteti çox mühüm məsələlərə, o cümlədən “yaşıl keçid”ə yönəlib ki, bu da ölkə iqtisadiyyatına çox müsbət təsir göstərəcək.
https://report.az/energetika/dunya-banki-azerbaycanda-yasil-inkisaf-in-qiymetlendirilmesini-aparir/