Bakının Qaradağ rayonunda Külək Elektrik Stansiyasının (KES) inşası ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, sənədi nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC , "Caspian HDG" MMC, İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış "Elecnor" şirkəti imzalayıb.