Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Dünya Bankı arasında ətraf mühit, bərpa olunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.
“Report” xəbər verir ki, müzakirələr bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəfin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı aparılıb.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, Dünya Bankı tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrin neft-qaz sənayemizin dayanıqlı inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Cənub Qaz Dəhlizi layihəsinin regionun və Avropanın enerji təhlükəsizliyi baxımından strateji rolundan bəhs edilib, bu xüsusda Dünya Bankı ilə faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
https://report.az/energetika/socar-prezidenti-dunya-bankinin-cenubi-qafqaz-uzre-regional-direktoru-ile-gorusub/