XƏBƏRLƏR

Neft tankerlərinin gündəlik gəlirləri dörd dəfə çoxalıb

NOYABR 22, 2022

Avropa İttifaqının dəniz yolu ilə daşınan Rusiya neftinin tədarükünə tətbiq etdiyi embarqo Asiyaya doğru ənənəvi marşrutların xəritəsini tamamilə yenidən cızıb. Nəticədə neft tankerlərinin gündəlik gəlirləri dörd dəfə çoxalıb, bu barədə “Bloomberg” agentliyi dünyanın ən böyük gəmi brokeri “Clarkson Research Services Ltd”nin bölməsinin statistikasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, məsafənin artması səbəbindən çatdırılma dəyəri kəskin şəkildə artıb və supertankerlərin gündəlik gəliri noyabrın 18-də son dörd il ərzində rekord səviyyəyə - 99,6 min dollara çatıb.

“Sənayenin əsas metrikası ton-mildir ki, bu da daşınan yüklərin həcminin qət edilən məsafəyə vurulmasıdır. Cari ildə bu rəqəm 4,3% artacaq. Sənayenin ən böyük supertankerlərinin gündəlik qazancı 99,628 dollara çatıb ki, bu da bazarın əsas marşrutu üzrə son dörd ildəki orta göstəricidən dörd dəfə çoxdur”.

https://report.az/energetika/bloomberg-neft-tankerlerinin-gundelik-gelirleri-dord-defe-coxalib/