XƏBƏRLƏR

Azərbaycan və Əlcəzair neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

NOYABR 30, 2022

Azərbaycan və Əlcəzair arasında neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə məhsuldar görüşü keçirilib.

Nazir bildirib ki, Azərbaycan və Əlcəzairin dost münasibətləri enerji ilə möhkəmlənir.

Xatırladaq ki, P. Şahbazov Əlcəzairə səfər çərçivəsində Əlcəzairin rəsmi şəxsləri ilə görüşüb, iki ölkənin enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edib.

https://report.az/energetika/azerbaycan-ve-elcezair-neft-ve-qaz-sahesinde-emekdasliga-dair-sened-imzalayib/