Yaponiya və Avropa İttifaqı (Aİ) enerji tərəfdaşlığının inkişafı çərçivəsində hidrogen sahəsində əməkdaşlıq memorandumu imzalayıb.
Bu barədə Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson öz tviter səhifəsində məlumat verib.
“Aİ-Yaponiya enerji tərəfdaşlığı üçün tarixi gündür: Biz nazir Yasutosi Nisimura ilə hidrogen sahəsində Əməkdaşlıq Memorandumu imzaladıq”, - o yazıb.
Komissarın sözlərinə görə, bu əməkdaşlıq innovasiyaya təkan verəcək və gələcəyin bu yanacağı üçün dünya bazarı yaratmağa kömək edəcək.
https://report.az/energetika/yaponiya-ve-ai-arasinda-hidrogen-sahesinde-emekdasliq-haqqinda-memorandum-imzalanib/