XƏBƏRLƏR

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya "yaşıl" enerji nəqli üzrə memorandum imzalayacaq

DEKABR 05, 2022

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Buxarestdə "yaşıl" enerji nəqli üzrə memorandum imzalayacaq.

Rumıniya mətbuatının məlumatına görə, Rumıniyanın xarici işlər naziri Boqdan Auresku azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki ölkəni birləşdirən və Macarıstana da uzanan yaşıl elektrik kabeli ilə bağlı son detalları müzakirə edib.

Məlumata görə, dörd ölkə arasında Gürcüstanın tranzit ölkə kimi daxil edilməsinə dair memorandumun dekabrın 17-də Buxarestdə imzalanması planlaşdırılır.

Xatırladaq ki, Rumıniya ilə Azərbaycanın istehsal etdiyi “yaşıl” elektrik enerjisinin ixracı imkanlarını nəzərdən keçirilir. Genişmiqyaslı layihə çərçivəsində Qara dənizin dibi ilə ümumi gücü 1000 meqavata qədər olan 500 kilovolt sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır. Elektrik xətləri ötürücülüyünün ümumi uzunluğu 1 500 kilometr olacağı bildirilir.

https://report.az/energetika/azerbaycan-gurcustan-macaristan-ve-ruminiya-yasil-enerji-neqli-uzre-memorandum-imzalayacaq/