Avropa İttifaqı (Aİ) gələn qışda Rusiya qazı olmadan birlik ölkələrinin enerji təhlükəsizliyini təmin etmək üçün 2023-cü ildə əlavə olaraq 100 milyard avro xərcləməlidir.
Trend TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi Brüsseldə keçirilən mətbuat konfransında Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol deyib.
Onun sözlərinə görə, gələn il Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından bu ildən daha çətin olacaq, çünki birlik artıq Rusiya qazını ala bilməyəcək.
Birol vurğulayıb ki, Aİ 2023-cü ildə Rusiya qazını kompensasiya etmək üçün lazım olan mayeləşdirilmiş təbii qaz həcmlərini ala bilməyəcək. Onun sözlərinə görə, bununla bağlı təcili tədbirlər görmək lazımdır ki, bu da “havayı olmayacaq”.
"Buna görə vəsait ödəməli olacaqsınız, havayı olmayacaq. Bir ildə 100 milyard avroya başa gələcək", - deyə F.Birol bildirib.
Bundan əlavə, Birol vurğulayıb ki, hazırkı qlobal enerji böhranı öz miqyasına və kəskinliyinə görə tarixdə ilkdir.
https://az.trend.az/other/world/3680552.html