XƏBƏRLƏR

Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırmaq istəyir

DEKABR 15, 2022

Türkiyə Azərbaycan və Türkmənistandan elektrik enerjisi idxalı məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib.

Ərdoğan hesab edir ki, bu sahədə idxal-ixrac əməliyyatları artırılmalıdır:

“Regionda ölkələrimiz arasında qarşılıqlı elektrik enerjisi ticarətinin inkişaf etdirilməsini önəmli hesab edirik. Bu çərçivədə Türkmənistan və Azərbaycanda ölkəmizə elektrik enerjisinin idxalı məsələsində də çalışmağa hazırıq”.

Qeyd edək ki, bu gün tədbir çərçivəsində Azərbaycan-Türkiyə-Türkmənistan arasında energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

“Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.

https://report.az/energetika/turkiye-azerbaycandan-elektrik-enerjisi-idxalini-artirmaq-isteyir/