Azərbaycan alternativ enerjiyə keçiddə Avropa İttifaqına (Aİ) dəstək verə bilər, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman bu gün ADA Universitetində "Almaniyanın 2022-ci ildə "Böyük yeddiliy"ə (G7)" sədrliyi" mövzusundakı mühazirə zamanı deyib.
Onun fikrincə, Azərbaycan bu təşəbbüsü Avropaya, o cümlədən, Almaniyaya “yaşıl” hidrogen tədarük etməklə dəstəkləyə bilər.
Səfir qeyd edib ki, Almaniya bir neçə ildir ki, öz enerji təhlükəsizliyini təmin etmək üçün sərmayə yatırır.
“Bərpa olunan enerji mənbələrinə keçid yolu ilə enerji təhlükəsizliyi məsələsi ölkəmiz üçün çox vacibdir”, - deyə Horleman bildirib.
O qeyd edib ki, Azərbaycan bu məqsədə çatmaqda Aİ-yə dəstək olaraq böyük rol oynaya bilər. "2043-cü ilə qədər məqsəd artıq karbohidrogenləri idxal etməmək və qalıq yanacaqları əvəz etməklə bağlı son məqsədə yaxınlaşmaqdır", - deyə səfir əlavə edib.
https://az.trend.az/business/energy/3681631.html