XƏBƏRLƏR

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib

DEKABR 16, 2022

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Bu Nümunəvi Əsasnamə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin (bundan sonra – KOB klasteri) yaradılmasının və ləğvinin, habelə KOB klasterində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını tənzimləyir.

KOB klasteri yaradılmasının məqsədləri: 
- qeyri-neft sektorunda rəqabətqabiliyyətli məhsul istehsalının və xidmət göstərilməsinin təşviqi, bu sahədə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli şərait yaradılması, onlar arasında əlaqələndirmənin gücləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi;
- iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına dəstək verilməsi;
- ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
- əməkqabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması;
- beynəlxalq bazarlara çıxışın təmin edilməsi üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılmasıdır. 

https://president.az/az/articles/view/58211