Azərbaycanla Qətər arasında tərəfdaşlığın genişləndirilməsi üçün energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində böyük potensial var.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin Milli Bayramında deyib.
Onun sözlərinə görə, Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti, Dohada Azərbaycan Ticarət Evinin yaradılması ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verir: "Bu ilin yanvar-oktyabr ayları ölkələr arasında ticarət dövriyyəsində artım dinamikası ilə müşayiət olunub".
Nazir deyib ki, birgə layihələrin həyata keçirilməsi, müxtəlif sahələrdə əməkdaşlıq potensialının reallaşdırılması sayəsində ikitərəfli əlaqələr daha da inkişaf edəcək və ölkələrimizin rifahına yeni-yeni töhfələr verəcək.
https://report.az/energetika/perviz-sahbazov-azerbaycan-ve-qeter-arasinda-qarsiliqli-investisiya-qoyulusu-sahesinde-boyuk-potensial-var/