XƏBƏRLƏR

“Siemens" ilə külək enerjisinin "yaşıl hidrogen" istehsalında istifadəsi müzakirə edilib

DEKABR 29, 2022

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) Almaniyanın “Siemens Energy” şirkəti ilə Azərbaycanda dənizdə külək enerjisinin yüksək potensialının "yaşıl hidrogen" istehsalında istifadəsi imkanlarını müzakirə edib.

Müzakirələr Agentliyin direktoru Cavid Abdullayevin “Siemens Energy” şirkətinin nümayəndəsi Yaşar Musayevlə görüşü zamanı aparılıb.

C. Abdullayev Azərbaycanda bərpa olunan enerji sahəsində icra edilən layihələr barədə ətraflı məlumat verib. Hidrogen enerjisinin tətbiqi, bu istiqamətdə beynəlxalq şirkətlərlə bağlanmış müqavilələr, ölkəmizdə dənizdə külək enerjisinin yüksək potensialının "yaşıl hidrogen" istehsalında istifadəsi imkanları haqqında danışıb.

Daha sonra Y. Musayev təqdimatla çıxış edərək dünyada "yaşıl hidrogen" istehsalı, sənayedə hidrogenin alınma üsulları, bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan layihələr və texnologiyalar haqqında geniş məlumat verib.

Sonda qarşılıqlı müzakirələr aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib.

https://report.az/energetika/area-siemens-ile-kulek-enerjisinin-yasil-hidrogen-istehsalinda-istifadesini-muzakire-edib/