“Azərenerji” ASC Kəlbəcər rayonunda tikilən 5 kiçik su elektrik stansiyasında (SES) işləri yekunlaşdırmağa hazırlaşır.
Bundan başqa, Laçın rayonunda 2 yerdə tikilən 110 kilovoltluq yarımstansiyalarda da işlər yekunlaşmaq üzrədir.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin iştirakı ilə “Azərenerji”nin 9 obyekti tikilərək istismara verilib, 2 obyektinin təməli qoyulub, 6 obyektinin tikinisinə baxış keçirilib.