XƏBƏRLƏR

Enerji Məsələlərini Tənzimləmə Agentliyi “Bakı KOB evi”ndə xidmət göstərməyə başlayıb

YANVAR 12, 2023

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Bakı KOB evi”ndə xidmət göstərməyə başlayıb.

Sözügedən xidmətlərə qanunvericilik aktlarla müəyyən edilmiş qaydada gücü 150 kilovatdan yuxarı elektrik qurğularının istismara buraxılış aktının və sənaye qaz qurğularının istismarına icazə verilməsi daxildir.

Xatırladaq ki, “Bakı KOB evi”nin açılışı bu il yanvarın 6-da olub.

https://report.az/energetika/area-baki-kob-evi-nde-xidmet-gostermeye-baslayib/