2022-ci ildə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 4 % artaraq 28 milyard 988,5 milyon kVt/s təşkil edib, bu barədə Azərbaycan energetika naziri P.Şahbazov özünün “Twitter” hesabında məlumat verib.
“Yanvar-dekabr aylarında istilik elektrik stansiyaları üzrə 2 milyard 7043,3 milyon kVt/s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 milyard 945,2 milyon kVt/s elektrik enerjisi istehsal edilib”, -deyə nazir əlavə edib.
Onun sözlərinə görə, ölkədə elektrik enerjisinin ixracı 3 milyard 003,8 milyon kVt/s, idxal isə 137,1 milyon kVt/s olub.