XƏBƏRLƏR

SOCAR və IFC karbon emissiyasının azaldılmasını müzakirə edib

YANVAR 25, 2023

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib.

Müzakirələr  SOCAR prezidenti Rövşən Nəcəfin İFC-nin Avropa üzrə regional direktoru Rana Karadşeh ilə keçirilən görüşdə aparılıb.

Görüşdə ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Həmçinin SOCAR ilə IFC arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.