XƏBƏRLƏR

Avropa Komissiyası Bolqarıstan və Slovakiyanı bərpa olunan enerji mənbələrinə görə məhkəməyə verir

YANVAR 27, 2023

Avropa Komissiyası (AK) Bolqarıstan və Slovakiyanı bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı qaydaları öz qanunvericiliyinə daxil etməməsi ilə əlaqədar məhkəməyə verib, müvafiq bildiriş AK-nin saytında yerləşdirilib.

Hər iki ölkə 2018-ci ildə bərpa olunan enerji direktivindən qaydaları yerli qanunlara köçürmədiyinə görə Avropa Ədalət Məhkəməsinə verilib.

Aİ-yə üzv dövlətlər 30 iyun 2021-ci ilə qədər öz ölkələrinin qanunlarına dəyişiklik etməli idilər, lakin Bolqarıstan və Slovakiya hələlik bu barədə tədbir görrməyib.

https://report.az/energetika/avropa-komissiyasi-bolqaristan-ve-slovakiyani-berpa-olunan-enerji-menbelerine-gore-mehkemeye-verir/