Mayın 16-18-də Özbəkistanın Səmərqənd şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 32-ci İllik Toplantısı və biznes forumu keçiriləcək.
İllik toplantı və biznes forum aparıcı hökumət rəsmilərindən tutmuş, maliyyə və korporativ rəhbərlərə, sahibkarlara, vətəndaş cəmiyyətinə və beynəlxalq mediaya qədər hər kəs üçün məlumat mübadiləsi, biznes fəaliyyətini təşviq etmək və EBRD-nin strateji planlarını və prioritet sahələrini müəyyən etmək üçün bir fürsətdir.
Qeyd edək ki, EBRD-nin bu tədbiri, bankın fəaliyyət göstərdiyi sərmayə qoyduğu regionlar üçün analoqlarının ən böyüyüdür və beynəlxalq biznes forumu ilə müşayiət olunur.
2023-cü ildə keçiriləcək biznes forumunun ümumi mövzusu davamlılığa sərmayə qoymaq olacaq.
Müzakirələr əsasən bankın sərmayə qoyduğu iqtisadiyyatların geosiyasi çətinliklərə tab gətirməsinə necə kömək edə biləcəyinə yönəldiləcək.
https://report.az/maliyye-xeberleri/ebrd-uzv-olkelerinde-davamliliga-sermayelerin-qoyulmasi-meselesini-muzakire-edecek/