Cənub Qaz Dəhlizinin yaratdığı təməllər bərpaolunan enerji, o cümlədən "yaşıl" hidrogen sahəsində yeni əməkdaşlıq perspektivlərini meydana çıxarıb, bunu ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.
Laura Loxman bu layihələrin həyata keçirilməsində Azərbaycanın vacib rol oynadığını bildirib.
O, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında "yaşıl" enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması münasibətilə təbriklərini çatdırıb.
Görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirildi və ABŞ-la Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
https://report.az/energetika/laura-loxman-azerbaycan-berpaolunan-enerji-sahesinde-layihelerin-heyata-kecirilmesinde-vacib-rol-oynayir/