XƏBƏRLƏR

Avropa İttifaqı ilə “yaşıl enerji"yə keçid strategiyası müzakirə edilib

FEVRAL 04, 2023

Azərbaycan Avropa İttifaqı ilə “yaşıl enerji"yə keçid strategiyası barədə fikir mübadiləsi aparıb.

Müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsonla görüşü zamanı aparılıb.

İqtisadiyyat naziri Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini, enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb, münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə Avropa İttifaqı tərəfindən Azərbaycanın bərpa olunan enerji istehsalı sahəsində böyük potensialı qeyd edilib, “yaşıl” enerjiyə keçid strategiyası, resurslardan səmərəli istifadə və enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

https://report.az/energetika/azerbaycan-avropa-ittifaqi-ile-yasil-enerji-ye-kecid-strategiyasini-muzakire-edib/