XƏBƏRLƏR

Azərbaycanda şirkətlər RSDTİ üzrə nümayiş şirkəti olmağa dəvət edilir

FEVRAL 07, 2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment Layihəsi çərçivəsində Kiçik və Orta İstehsal Müəssisələri (KOM-lar) RSDTİ üzrə nümayiş şirkəti olmaq və RSDTİ metodologiyasının Azərbaycanda tətbiqində iştirak etmək üçün maraqlarını ifadə etməyə dəvət edilir.

Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) metodologiyasının tətbiq sahəsini genişləndirmək məqsədilə 2022-2023-cü illər ərzində ən azı 15 yerli (emal) KOM seçiləcək və onlara müəssisələrini “yaşıllaşdırmaq” və istehsallarının səmərəliliyini artırmaq üçün dəstək göstəriləcəkdir. Bu təkmilləşdirmə tədbirləri enerji, xammal və materiallardan istifadə, su səmərəliliyi və tullantıların idarə olunması sahələrinə diqqət yönəldəcəkdir.

İştirak edən KOM-lar üçün gözlənilən faydalar aşağıdakılardan ibarət olacaqdır:

TƏLƏBLƏR:

iştirak etmək istəyən şirkətlər aşağıdakı meyarlara və tələblərə cavab verməlidirlər:

Bu fəaliyyət Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment proqramı çərçivəsində UNIDO-nun milli heyəti tərəfindən həyata keçirilir. Bu heyət, Milli Koordinatordan və UNIDO-nun Azərbaycanda RSDTİ üzrə Milli İcraçı Tərəfdaşı olan ACE Group Consultants şirkətinin rəhbərlik etdiyi şirkətlər konsorsiumundan ibarətdir. Milli heyət nümayiş şirkətlərinin müraciətlərinə baxaraq seçim, müsahibə və müqavilələrin imzalanması işlərini həyata keçirəcəkdir.

Daha ətraflı məlumat ilə burada tanış ola bilərsiniz.