XƏBƏRLƏR

Ötən il BP-nin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 5 % artıb

FEVRAL 09, 2023

2022-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 377 nəfər olub.

Bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2022-ci il üzrə yaydığı hesabatda qeyd edilib.

Hesabata görə, bu, 2021-ci il ilə müqayisədə 111 nəfər və ya 4,9 % çoxdur.

Bildirilir ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək", - deyə şirkət bəyan edib.

https://report.az/energetika/oten-il-bp-nin-iscileri-olan-azerbaycan-vetendaslarinin-sayi-5-artib/