XƏBƏRLƏR

Adolfo Urso: “İtaliya Azərbaycanın enerjiyə keçid prosesində iştirak etmək istəyir”

FEVRAL 13, 2023

"Enerji bundan sonra da strateji mövzu olaraq qalacaq və İtaliya, öz növbəsində, Azərbaycanın enerjiyə keçid prosesində iştirak etmək istəyir", bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso bu gün Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı iştirak edərkən bildirib.

“Əlbəttə ki, bərpaolunan enerji sahəsində layihələrə - günəş və külək enerjisinə gəldikdə, sizin layihələrdə iştirak etmək istərdik və beləliklə, bütöv regionu əhatə edəcək həmin bu enerji imkanlarına öz töhfəmizi verə bilərik”, - deyə italiyalı nazir bildirib.

O qeyd edib ki, öz bacarıqları və təcrübəsi ilə İtaliya gələn illərdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacaq: “Həyata keçiriləcək əməkdaşlığa gəldikdə, əminik ki, biz, həmçinin digər sənaye sahələrində, o cümlədən kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalında sizinlə işləyə biləcəyik. Biz sizin tərəfinizdəyik, istərdik ki, Azərbaycanın inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verək”.

https://report.az/energetika/adolfo-urso-italiya-azerbaycanin-enerjiye-kecid-prosesinde-istirak-etmek-isteyir/