XƏBƏRLƏR

İtaliyalı nazir: “Azərenerji” ilə “Ansaldo” arasında qurulan tərəfdaşlıq tarixi bir hadisədir”

FEVRAL 13, 2023

"Bu gün Azərbaycanın nəhəng “Azərenerji” şirkəti ilə “Ansaldo” arasında qurulan bu tərəfdaşlıq tarixi bir hadisədir", bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso bu gün Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı iştirak edərkən bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında dostluq əlaqələri və geniş əməkdaşlıq təhsildən tutmuş mədəniyyətədək müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsini təmin edir: “Bu, həmçinin dövlətin səlahiyyətində olan əlavə imkanlar hesabına təmin ediləcək. Beləliklə, biz yeni bir səhifəni açırıq, enerjiyə, təmiz enerjiyə keçidi təmin etməyə çalışırıq”.

O qeyd edib ki, “Ansaldo Energia”nın avadanlıqları bu gün dünyanın bir çox yerlərində istismar olunur və onlar etibarlılığına görə universal şəkildə tanınır: “Onlar italyan mühəndisliyinin məhsulu olmaqla yanaşı, İtaliyada istehsal edilmiş ən yaxşı mallarımızın mühüm hissəsidir və biz bundan fərəhlənirik. Bu mənada beləliklə, əminəm ki, İtaliyanın bacarıqları Azərbaycanda ətraf mühitə dair qanunvericiliyin qoyduğu tələblər əsasında hamı üçün enerjinin təmin edilməsinə yönəlmiş Sizin milli energetika planınızı müşayiət edəcək ən yaxşı alət olacaq”.

https://report.az/energetika/italiyali-nazir-azerenerji-ile-ansaldo-arasinda-qurulan-terefdasliq-tarixi-bir-hadisedir/