Avropa İttifaqı (Aİ) yalnız bərpa olunan enerjinin köməyi ilə enerji müstəqilliyinə nail ola biləcək, bunu Münxen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans deyib.
Onun sözlərinə görə, Aİ-də "çox az qaz, çox az kömür və neft qalıb".
"Biz bərpa olunan enerjiyə keçidimizi sürətləndiririk, çünki Avropada alternativimiz yoxdur. Enerji sektorunda əldə edə biləcəyimiz yeganə suverenlik bərpa olunan enerjinin artırılmasıdır", - F.Timmermans bildirib.
https://report.az/energetika/ak-in-vitse-prezidenti-avropanin-suverenliyi-ucun-berpa-olunan-enerji-alternativlerini-gormur/