Azərbaycan hökuməti 2030-cu ilə qədər ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmağı hədəfləyir.
Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
O vurğulayıb ki, bu sahədə görülən işlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və Səudiyyə Ərəbistanının “AcwaPower” şirkətləri ilə layihələr artıq həyata keçirilir.
https://report.az/energetika/azerbaycan-berpa-olunan-enerji-menbelerinin-payini-30-e-catdirmagi-planlasdirir/