XƏBƏRLƏR

Enerji sisteminin qorunması Almaniyaya 1 trilyon dollara başa gələcək

FEVRAL 27, 2023

Almaniya Ukraynadakı müharibənin yaratdığı enerji böhranının dərhal risklərini aradan qaldırmaq üçün 260 milyard avrodan (275 milyard ABŞ dolları - Red) çox vəsait ayırıb, lakin ölkə bunu ümumiyyətlə edə bilsə, problemin son həlli xeyli baha başa gələcək.

Proqnozlara görə, 2030-cu ilə qədər ölkənin enerji sisteminin qorunması üzrə gələcək tədbirlərin dəyəri 1 trilyon dollardan çox olacaq.

Bu xərclərə nüvə və kömürlə işləyən elektrik stansiyalarının istismardan çıxarılmasının öhdəsindən gəlmək, elektrik nəqliyyat vasitələri və istilik sistemlərindən artan tələbatı ödəmək, iqlimin qorunması üzrə öhdəlikləri yerinə yetirmək üçün enerji sisteminin təkmilləşdirilməsinə və hər şeydən əvvəl gələcək nəslə investisiyalar daxildir.

Keçid üçün gündə 43 futbol meydançasına və 1600 istilik nasosuna ekvivalent ərazini əhatə edən günəş panellərinin quraşdırılması tələb olunacaq.

“Volkswagen AG”nin Volfsburqdakı qərargahına son səfəri zamanı kansler Olaf Şoltsun təqdim etdiyi istək siyahısına əsasən, Almaniya həmçinin həftədə 27 yeni quruda və dənizdə dörd külək stansiyası tikməlidir.

Almaniyanın şəbəkə tənzimləyicisi və “Agora Energiewende” analitik mərkəzinin hesablamalarına görə, elektrik enerjisinə tələbatın indikindən təxminən üçdə bir dəfə çox olacağı gözlənilən 2030-cu ilə qədər təxminən 250 giqavat yeni güc quraşdırılmalıdır.

Almaniyanın dilemmasının mərkəzində müəyyən enerji mənbələrinin necə əvəz olunacağına dair dəqiq tərif olmadan onları mərhələli şəkildə ləğv etmək siyasi planları dayanır. Ölkənin son üç atom elektrik stansiyası aprelin ortalarına qədər bağlanacaq və ölkə indi 2030-cu ilə qədər kömürdən uzaqlaşmasını sürətləndirməyə hazırlaşır. Rusiya-Ukrayna müharibəsindən əvvəl Almaniyanın əsas enerji təchizatçısı olan Rusiyanın qaz tədarükünü kəsməsindən sonra problem daha da böyüyüb.

https://report.az/energetika/enerji-sisteminin-qorunmasi-almaniyaya-1-trilyon-dollara-basa-gelecek/