Azərbaycan ABŞ-nin və digər müttəfiqlərin etibarlı tərəfdaşıdır.
Trend-in məlumatına görə, bu barədə ABŞ Konqresinin Azərbaycan üzrə işçi qrupunun həmsədri, Tennesi ştatından olan demokrat Stiv Koen Xocalı soyqırımı ilə əlaqədar anım qeydində deyib.
Onun sözlərinə görə, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin inşası Avropa İttifaqını (Aİ) enerji tədarükünün təhlükəsizliyi ilə təmin edib.
"Bu əməkdaşlıq Xəzər dənizindən İtaliyayadək Cənub Qaz Dəhlizinin inşası ilə Avropanın Rusiyanın enerji mənbələrinə alternativlə təmin olunmasını əhatə edir", - o deyib.
Bundan başqa, o, Azərbaycanda yəhudi icmasının firəvan yaşadığını və İsraillə əlaqələrin getdikcə dərinləşdiyini qeyd edib.
"Ümidvaram ki, Ermənistan və Azərbaycan bir olaraq sülh əldə edə biləcəklər. Uzunmüddətli sülh, təhlükəsizlik və regional əməkdaşlıq regiona və bütün dünyaya böyük fayda gətirəcək", - o deyib.
https://az.trend.az/business/3716934.html