XƏBƏRLƏR

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə investisiya imkanları açıqlanıb

MART 09, 2023

Azərbaycanda investorlar alternativ və bərpa olunan enerji mənbələri sahəsi üzrə tullantılardan enerji istehsalı, eləcə də sənayedə və məişətdə istifadə üçün dam üstündə günəş enerjisi istehsalına pul qoya bilərlər.

Bu barədə Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsində bildirilir.

"Tullantılardan enerji istehsalı termal üsulla tullantıların təmizlənməsi (ocaq qəfəsi) vasitəsilə onlardan, təhlükəli olmayan kommersiya və sənaye tullantılarından elektrik enerjisi istehsal edən stansiyaların inşa edilməsi və istismara buraxılması, dib küllerinin yığılması və təkrar emalı ilə yanaşı elektrik enerjisinin milli şəbəkəyə satışıdır. Məişətdə istifadə üçün dam üstündə günəş enerjisi istehsalı isə ağıllı ölçmə sistemi ilə tamamlanan yaşayış və yaxud sənaye istifadə üçün elektrik enerjisi istehsal edən fərdi və kommersiya təyinatlı şəbəkəyə qoşulmuş damüstü günəş sistemlərinin quraşdırılması və onlara texniki qulluq göstərilməsidir", - deyə sənəddə qeyd olunub.

https://report.az/energetika/azerbaycanda-alternativ-ve-berpa-olunan-enerji-menbeleri-uzre-investisiya-imkanlari-aciqlanib/