"Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq", bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir: "Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq”.
https://report.az/energetika/azerbaycan-prezidenti-bu-yaxinlarda-avropaya-yasil-enerji-ixrac-etmeye-baslayacagiq/