Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələri layihələr "Yaşıl enerji" və "Yaşıl iqtisadiyyata keçid" prinsiplərinə uyğundur.
Bunu Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsinin təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
"44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı istiqamətində tədbirlər görülür. Həmin ərazilərə investisiyaların cəlb olunması çox vacib məsələlərdən biridir. İnvestor xəritəsinin və yaxud investisiya platformasının formalaşdırılması Azərbaycanda iqtisadi inkişafa öz tövhəsini verəcək", - deyə o qeyd edib.
https://report.az/infrastruktur/sahib-memmedov-qarabagdaki-layiheler-yasil-iqtisadiyyata-kecid-prinsiplerine-uygundur/