XƏBƏRLƏR

Kəlbəcər ümumi gücü 180 MVt olan "yaşıl enerji"yə malikdir

MART 10, 2023

Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisi üçün ayrılmış ərazi minalardan tam olaraq təmizlənib, bunu energetika nazirinin müavini Elnur Soltanov bu gün Zəngilanda keçirilən İdarələrarası "Mərkəzi Enerji Təminatı" üzrə İşçi Qrupunun 62-ci iclasında bildirib.

Onun sözlərinə görə, BP şirkətinin əməkdaşları artıq bu əraziyə baxış keçirməyə başlayıblar.

E.Soltanov bildirib ki, bundan əlavə, işğaldan azad edilmiş Kəlbəcər rayonu ümumi gücü 180 MVt olan "yaşıl enerji"yə malikdir: "Bu rayona investorların cəlb edilməsi ilə bağlı işlər aparılır".

Nazir müavini həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təmin edilməsi tam olaraq "yaşıl enerji" ilə həyata keçiriləcək: "Bu ərazilərdə təbii qazdan istifadə məhdud olacaq".

https://report.az/energetika/elnur-soltanov-kelbecer-umumi-gucu-180-mvt-olan-yasil-enerji-ye-malikdir/