XƏBƏRLƏR

Azərbaycan xüsusi infrastruktur vasitəsilə Aİ-yə mavi yanacaq satacaq

MART 13, 2023

Türkiyədə ötən ay baş vermiş zəlzələlər qaz qovşağı layihəsinin təxirə salınmasına səbəb olmayacaq. Azərbaycan xüsusi infrastruktur vasitəsilə Aİ-yə mavi yanacaq satacaq, bu barədə Rusiya mətbuatı Türkiyə hökumətinə ölkənin istinadən məlumat yayıb.

Türkiyənin Energetika Nazirliyinə istinadla qeyd olunur ki, bu ölkənin cənub-şərqindəki zəlzələlər qaz qovşağının tikintisi layihəsinin dayandırılmasına səbəb olmayacaq.

Söhbət ticarət platformasının yaradılmasından və cənub kəmərinin qaz infrastrukturunun fəal inkişafından gedir. Əlcəzair, Qətər və Azərbaycanın bu mərkəz vasitəsilə Aİ-yə mavi yanacaq satacağı gözlənilir.

Məlumata görə, Moskva və Ankara layihəyə qayıdıb. Türkiyədə ötən ay baş vermiş təbii fəlakət fonunda layihənin ləğvi barədə söhbət olmayıb.

https://report.az/energetika/kiv-azerbaycan-xususi-infrastruktur-vasitesile-ai-ye-mavi-yanacaq-satacaq/