2025-ci ilədək Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (IGB) ötürücülük qabiliyyətinin artırılması planlaşdırılır, bu barədə Bolqarıstanın Energetika Nazirliyinin Nazirlər Kabinetinin rəhbəri Lyubomira Qançeva deyib.
O, interkonnektorun ötürücülük qabiliyyətinin Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) qaz boru kəmərlərinin genişləndirilməsinə uyğun olaraq artırılacağını deyib.
"IGB Bolqarıstana təbii qaz tədarükünün mənbələrini və marşrutlarını diversifikasiyalaşdırmaqda kömək etdi. Belə ki, Ukraynada müharibə başladıqda Bolqarıstan rus qazının tədarükündən məhrum qalan ilk ölkə oldu", - L.Qançeva deyib.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
Hazırkı istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.
Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.
https://az.trend.az/business/energy/3723857.html