“Qazaxıstan Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətində və onunla sıx əməkdaşlıqda maraqlıdır”, bunu Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş eksperti Bulat Auelbayev Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qazaxıstan hələlik bu şuraya daxil deyil. "Bu, açıq platformadır. Məşvərət Şurasının fəaliyyəti ilə tanış olmaq bizim üçün maraqlı idi", - B.Auelbayev vurğulayıb.
"Qazaxıstan da bu sahədə ciddi fəaliyyət göstərir. Məsələn, ötən il Almaniyanın xarici işlər naziri Annalena Berbokun Qazaxıstana səfəri zamanı ona kompleks proqramlar təqdim olunub ki, onlardan biri də hidrogen istehsalı ilə bağlı idi", - B.Auelbayev bildirib.
Ekspertin sözlərinə görə, Qazaxıstan və Azərbaycanın siyasəti gələcəyə hesablanıb: “Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında regionlararası əməkdaşlıq çox əhəmiyyətlidir və qonşu ölkələrə müsbət təsir göstərə bilər”.
https://report.az/energetika/bulat-auelbayev-qazaxistan-yasil-enerji-mesveret-surasi-ile-emekdasliqda-maraqlidir/