Türkiyə Böyük Milli Məclisi (parlament) beynəlxalq təbii qaz habının fəaliyyəti üçün qanunvericiliyə tələb olunan dəyişikliklərlə bağlı qərarlar qəbul edib, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
"Bu qərarlar sayəsində BOTAŞ və digər şirkətlər daha sürətli, rahat işləmək imkanı əldə edəcək. Qaz ticarət mərkəzinin açılması ilə qiymətlər də aşağı düşəcək ki, bu da Avropa üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə qazın istinad dəyərini təyin edən bazarlardan birinə çevriləcək", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, Türkiyə qazın Avropaya nəqli və satışı ilə bağlı digər ölkələrlə əməkdaşlıq variantlarını nəzərdən keçirir. Bu məqsədlə birgə müəssisənin yaradılmasına dair Azərbaycanla razılıq əldə olunub.
https://report.az/energetika/turkiye-parlamenti-tebii-qaz-habinin-fealiyyetine-dair-qerarlar-qebul-edib/