“Türkiyə qaz habı vasitəsilə ildə 40 milyard kubmetr “mavi yanacaq” sata biləcək”, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz NTV telekanalına müsahibəsində deyib.
“Aldığımız 100 milyard kubmetrə yaxın qazın təxminən 60 milyardını istifadə edirik. Yəni yerdə qalan 40 milyard kubmetr qazı sata bilərik”, - o bildirib.
Onun sözlərinə görə, Türkiyəyə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüləri - Rusiya, İran və Azərbaycan dəstək verib: “Eyni zamanda, Türkiyə artıq qazın Avropa ölkələrinə satışı ilə bağlı danışıqlar aparır”.
https://report.az/energetika/fatih-donmez-turkiye-qovsaq-vasitesile-ilde-40-milyard-kubmetre-qeder-qaz-sata-bilecek/